Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda sərnişindaşıma qiyməti 24 faiz ARTIB

Baxış: 284
2021-ci ildə nəqliyyat xidmətlərinin qiymətləri illik 5,8 faiz artıb.
Sahibkartv.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üzrə “Pul Siyasəti İcmalı”nda məlumat verilib.
İstehsalçı qiymətləri indeksinə görə, nəqliyyatda yükdaşımaların qiyməti 2,3 faiz, sərnişindaşıma qiyməti isə 24,2 faiz artıb.
Nəqliyyatda yükdaşımaların qiyməti əsasən avtomobil nəqliyyatı üzrə qiymət artımı (11,3 faiz) ilə bağlıdır. Sərnişindaşıma xidmətlərinin qiymətlərində yüksəlmə əsasən hava nəqliyyatı ilə sərnişindaşıma qiymətlərinin illik 28 faiz yüksəlməsi ilə əlaqədardır.
Bununla yanaşı, poçt və kuryer xidmətlərinin qiyməti 1,9 faiz artıb, rabitə xidmətlərinin qiyməti isə dəyişməyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.