Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezidentin yüksək vəzifə verdiyi şəxslər kimdir? - DOSYE

Baxış: 488
Bu gün Prezident İlham Əliyevin sərəncamları ilə Bakının Nərimanov, Nizami rayonları, həmçinin Kürdəmir rayonuna yeni icra başçıları təyin olunub.
Sahibkartv.Az yeni təyin olunan icra başçılarının dosyelərini təqdim edir:
Nərimanov rayonunun yeni icra başçısı:
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elgin Həbibullayev 7 aprel 1977-ci ildə Bakı şəhərində anadan olub.
Qeyd edək ki, E.Həbibullayev uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun köməkçisi olub.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. Eləcə də Harvard Biznes Məktəbinin idarəetmə proqramını bitirib.
Daha öncə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində və icra hakimiyyəti strukturlarında müxtəlif məsul vəzifələrdə çalışıb.
Ailəlidir, iki övladı var.
Nizami rayonunun yeni icra başçısı:
Nizami rayonu İcra Hakimiyyətinin başçısı təyin olunan Coşqun Adil оğlu Cəbrayılov bu vəzifəyə təyin olunana qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunmuşdu.
Daha əvvəl isə Coşqun Cəbrayılov Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.