Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ COVID-19-la mübarizə üçün Azərbaycana əlavə 1 milyon dollar ayırıb

Baxış: 339

ABŞ hökuməti COVID-19-la mübarizə üçün Azərbaycana bu yaxınlarda əlavə olaraq 1 milyon dollar ayırıb.
Sahibkartv.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Ümumdünya Səhiyyə Təşkilatının “PROACT-Care” layihəsi çərçivəsində Şamaxı rayonunda TƏBİB-ə 3 mobil klinikanın təhvil verilməsi mərasimində deyib.
O bildirib ki, bu bizim uğurumuzun bir hissəsidir:
“Sözügedən vəsait ən etibarlı tərəfdaşlarımız ÜST və “Qırmızı Xaç Cəmiyyəti” vasitəsilə təqdim edilib. Hər iki təşkilat qlobal səhiyyə böhranı zamanı Azərbaycana kömək göstərilməsində mühüm rol oynayıb. 
Azərbaycanın COVID-19 pandemiyasının səhiyyə və iqtisadi təsirlərinə cavab tədbirlərini dəstəkləmək üçün ABŞ ümumilikdə Azərbaycana 6,6 milyon dollar miqdarında yardım edib. Bu hələ son deyil. COVID-19-a qalib gəlmək üçün biz birlikdə hərəkət etməliyik”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.