Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans davam edir

Baxış: 108
Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans davam edir


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir.
Tədbirin ikinci günündə “Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: humanitar əməkdaşlıq və etimadın yaradılması tədbirləri”, “Dəfn yerlərindən identifikasiyaya: milli yanaşmalar və qabaqcıl təcrübələr”, “Axtarışdan kənarda: itkin düşmələrin ailələrə və icmalara uzunmüddətli təsiri” mövzusunda panel sessiyalar keçiriləcək.

Həmçinin “Sübutdan identikliyə: Bakı Dialoqu çərçivəsində itkin şəxslərin məhkəmə-tibbi ekspertiza, molekulyar genetika və DNT əsaslı identifikasiyası üzrə Beynəlxalq Ekspert Forumu” mövzusunda yan tədbirin keçirilməsi, o cümlədən konfransın yekun bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.