Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pensiyalar nə qədər artacaq? Yeni məbləğ AÇIQLANDI – VİDEO

Baxış: 135
Pensiyalar nə qədər artacaq? Yeni məbləğ AÇIQLANDI – VİDEO


2026-cı ilin sonuna yaxınlaşdıqca ictimaiyyəti maraqlandıran məsələlərdən biri də 2027-ci ildə gözlənilən pensiya artımıdır. Artıq bu istiqamətdə müxtəlif rəqəmlər səsləndirilir.

Bəs, 2027-ci ildə əmək pensiyaları nə qədər artırıla bilər?

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, 2026-cı ilin ilk yarısının göstəricilərinə əsasən, ölkədə muzdla işləyən şəxslərin əməkhaqqı gəlirləri 7.2 faiz artıb:

“Əgər ilin sonuna qədər bu göstərici stabil qalsa, hətta arta da bilər, təbii ki, əmək bazarındakı vəziyyətə uyğun olaraq azala da bilər. Amma təqribən bu intervalda olacaq. Dəqiq göstəricini biz fevralın ilk 10 günlüyündə biləcəyik. Adətən bu statistika bir ay gecikmə ilə dərc edilir. Yəni dəqiq rəqəmi 2027-ci ilin fevralında biləcəyik. Amma təxmin edə bilərik ki, növbəti ildən pensiyaların təqribən 7 faiz ətrafında indeksasiya olunması mümkündür”.

Ətraflı Baku TV-nin süjetində:


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.