Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Vilyam Hacıyevin həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı

Baxış: 63
Vilyam Hacıyevin həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı


İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərindən daha biri satılıb.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, söhbət “BMW 740İ” markalı avtomobildən gedir.

İlk dəfə 23 min manata təklif olunan “BMW 740I” son olaraq yarı qiymətinə - 11 500 manata satılıb.

Bu isə demək olar ki, avtomobil bazarında yaxşı vəziyyətdə olan “Prius” markalı maşının qiymətinə bərabərdir.

Həmin avtomobili Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova idarə edirdi.

Qeyd edək ki, ötən ay vaxtilə Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin idarə etdiyi “Range Rover” markalı avtomobil də hərrac yolu ilə satılıb. 56 min manata satış çıxarılan avtomobil sonradan 42 min manata öz alıcısını tapıb. Hacıyev ailəsindən müsadirə edilən “Bentley Continental GT” markalı avtomobil isə daha öncə 58 min 500 manata satılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.