Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Uşaqlığımızdakı meyvələrin dadı niyə dəyişib?" – Aqrar ekspertdən səbəblər və çıxış yolu

Baxış: 54



Milli Məclisdə yerli məhsulların əvvəlki dad və keyfiyyətini itirməsi məsələsi müzakirə olunub. Bildirilib ki, yüksək məhsuldarlıq naminə bəzi yerli sortlar tədricən hibrid növlərlə əvəz olunur ki, bu da dad və keyfiyyət fərqlərinə səbəb ola bilir.
Aqrar ekspert Rəcəb Orucov qeyd edib ki, bu tendensiya yalnız Azərbaycana məxsus deyil. Dünyada artan ərzaq tələbatı daha məhsuldar və daşınmaya davamlı hibrid sortların istifadəsini genişləndirir. Bununla yanaşı, milli genetik ehtiyatların qorunması strateji əhəmiyyət daşıyır.
Ekspertin sözlərinə görə, Azərbaycanın nar, alma, üzüm və digər yerli sortları həm keyfiyyətinə, həm də bazar dəyərinə görə üstünlüyünü qoruyur. Bu səbəbdən milli genofondun saxlanılması gələcək kənd təsərrüfatı üçün vacib hesab edilir.
Rəcəb Orucov bildirib ki, yerli məhsulların əvvəlki dadını bərpa etmək mümkündür. Bunun üçün düzgün aqrotexniki qaydalara əməl olunmalı, kimyəvi preparatlar və mineral gübrələr normadan artıq istifadə edilməməlidir. Əks halda məhsuldarlıq artsa da, dad və keyfiyyət zəifləyə bilər.
Ekspert vurğulayıb ki, keyfiyyətli məhsulun əldə olunması yalnız toxumdan deyil, torpaq, suvarma, gübrələmə, bitkiyə qulluq və fitosanitar tədbirlərin düzgün həyata keçirilməsindən də birbaşa asılıdır. Onun fikrincə, yerli sortların qorunması ilə müasir istehsal texnologiyalarının balanslı şəkildə tətbiqi həm ərzaq təhlükəsizliyi, həm də məhsulların keyfiyyətinin saxlanılması baxımından əsas şərtlərdən biridir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.