Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yeni dövlət rüsumları üçüncü oxunuşdan keçdi

Baxış: 108
Yeni dövlət rüsumları üçüncü oxunuşdan keçdi


Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir.

“Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat, qeydiyyatına görə 10 manat, dövlət qeydiyyat nişanlarının verilməsinə görə 15 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə 40 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə 20 manat rüsum ödənilməsi təklif edilir.

Həmçinin, layihəyə əsasən, moped üçün sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi və qeydiyyat şəhadətnaməsinin verilməsi üçün ayrılıqda 30 manat rüsum müəyyən edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.