Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fermerlərə subsidiya ödənişləri davam edir

Baxış: 117

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və payızda əkilən çoxillik əkmələr üzrə bu günədək ümumilikdə 277 825 fermerə 810 810 hektar sahə üzrə əkin subsidiyası ödənilib.
Sahibkartv.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, hazırda payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması prosesi davam edir.
Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada aparılır.
Subsidiyaların ödənişi davam edəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.