Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bayram namazının vaxtı və fitrə zəkatının məbləği açıqlandı

Baxış: 36
Bayram namazının vaxtı və fitrə zəkatının məbləği açıqlandı


"Ramazan bayramının şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla martın 20-nə təsadüf edəcəyi gözlənilir".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

Qeyd olunub ki, Qazılar Şurasının fətvasına əsasən, adambaşına 10-15 manat məbləğində fitrə zəkatının verilməsi tövsiyə edilir.

Bildirilib ki, fitrə zəkatı canın sədəqəsi sayılır və maddi imkanı olan müsəlmanların ailə üzvlərinin hər biri üçün fitrə çıxarması, onu ehtiyacı olan şəxslərə və aztəminatlı ailələrə verməsi vacibdir. Bu ənənə bayram günlərində ehtiyacı olan insanların da sevinc yaşamasına şərait yaradır.

QMİ-dən verilən məlumata görə, ölkənin bütün məscidlərində bayram namazı qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazı saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.