Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu hallarda telefon qiymətinə Çin avtomobili ala bilirsiniz

Baxış: 27
Bu hallarda telefon qiymətinə Çin avtomobili ala bilirsiniz


Son illər ölkəmizdə Çin istehsalı olan avtomobillərin sayında ciddi artım qeydə alınır. Bu tendensiyanın əsas səbəbi həmin avtomobillərin yeni, 0 kilometr vəziyyətdə və digər markalarla müqayisədə daha münasib qiymətə təklif olunmasıdır. Məhz buna görə də bir çox vətəndaş büdcəsinə uyğun seçim etmək üçün Çin avtomobillərinə üstünlük verir.

Lakin 2026-cı ildən etibarən bu avtomobillərə tətbiq olunan gömrük güzəştlərinin ləğv ediləcəyi barədə məlumat avtosalonları aktivləşdirib və bazarda yeni bir tendensiya yaranıb. Son müddətdə sosial şəbəkələrdə Çində istifadə olunmuş ikinci əl avtomobillərin satışı ilə bağlı elanların çoxaldığı müşahidə olunur.

Mütəxəssislər bu cür avtomobillərin alınması ilə bağlı vətəndaşlara xəbərdarlıq edirlər. Onların sözlərinə görə, hər bir Çin modeli ölkəmizdə rəsmi servis təminatına malik deyil. Bəzi avtomobil markalarının ehtiyat hissələri Azərbaycanda ümumiyyətlə satılmır və yalnız xaricdən sifariş oluna bilər ki, bu da həm baha başa gəlir, həm də çox vaxt aparır.

Bundan başqa, Çindən gətirilən bəzi ikinci əl avtomobillərin real yürüşünün gizlədilməsi, gizli nasazlıq və ya batareya problemləri (xüsusən elektrikli modellərdə) kimi risklər də mövcuddur. Bu isə vətəndaşların sonradan ciddi xərclərlə üzləşməsinə səbəb ola bilər.

Ekspertlər bildirirlər ki, Çin avtomobili alan şəxslər mütləq modelin ölkədə servis şəbəkəsinin olub-olmadığını, ehtiyat hissələrinin qiyməti və əlçatanlığını, eləcə də avtomobilin faktiki texniki vəziyyətini dəqiq araşdırmalıdırlar. Əks halda ucuz başa gələn avtomobil sonradan yüksək xərc tələb edə bilər. (milli.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.