Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zehinlə əllərin iş birliyi

Baxış: 900

Özünüzü oxucularımıza necə təqdim edərdiniz?
-Sevil müəllimə

Muncuqlarla və təbii daşlarla işləməyə necə başladınız?
-Yadıma gəlmir, Çünki, mənə elə gəlir ki, ayaq açıb yeriyən andan muncuqlarla nə isə hazırlamışam. Amma təbii daşlarla 5 ildən çoxdur aksessuarlar hazirlayiram.

İlk hazırladığınız aksesuar nə idi, hələ xatırlayırsınızmı?
-Muncuqlarla yadımda deyil, amma təbii daşlarla ilk özüm üçün qolbaq hazırlamışdım

Bu iş sizin üçün hobbidir, yoxsa artıq ikinci bir peşəyə çevrilib?
-Artıq üçüncü pesəyə çevrilib.İkinci peşəm dərzilikdir.

Hansı materiallarla işləməyi daha çox sevirsiniz – muncuqlar, yoxsa təbii daşlar?
-Baxır islədiyim məmulata.

Təbii daşların enerjisinə inanırsınızmı? Əgər bəli, hansı daş sizə ən çox yaxın gəlir?
-Təbii daşlarin enerjisinə çox inanıram. Əqrəb bürcü olduğum üçün QRANAT daşından qolbaq  hər zaman uzərimdə, SİTRİN daşı isə pulqabımda olur.

Çantalarınızı və aksesuarlarınızı hazırlayarkən ilhamı haradan alırsınız?
-Hər hansı məhsulu hazirlayarkən ilk növbədə müştəri məmnuniyyəti nəzərimdə olur. Sonra hazırladıgim məhsul nə qədər gözəl, gözoxsayan alınırsa bir o qədər ilhamlaniram.

Hazırladığınız işlərdə hansı üslub (klassik, bohem, modern və s.) sizə daha doğmadır?
-Bütün üslubla işləmək mənə zövq verir.

Hər bir işinizdə təkrarolunmazlıq varmı, yoxsa bəzi modelləri təkrarlayırsınız?
-Təbii ki, təbii daşlarla işləyəndə təkrarlamaq bir qədər çətin olur. Çünki, elə daşlar var ki, adı eyni olsa da  ölcüləri, rəng çalarları müxtəlif olur. Amma sifariş alanda çalışıram ki, sifariş verilən məhsuldan daha gözəlini hazırlayım.

Bu sənətlə məşğul olmaq sizə daxili olaraq nə verir?
-Təbii daşlarla işləmək mənə daxili sakitlik və güc verir. Bu proses mənim üçün həm yaradıci, həm də ruhu dincəldən bir haldir.

Müəllimliklə sənətkarlığı necə uzlaşdırırsınız?
-Mənim üçün ilk növbədə müəllimlikdir. Çünki, ömrumun 32 ilini uşaqlara həsr etmişəm. Uşaqlar mənim üçün DÜNYAdır. Qalan vaxtlarimda isə, hətta nə qədər yorğun olsam belə muncuqlarla işləyirəm. Ona görə ki, bu iş məni yormur, əksinə gözəl işlər alindıca zövq aliram.

Şagirdləriniz bu bacarığınızı bilirlərmi, onların marağı olurmu?
-Düzünü desəm istəmirəm bilsinlər. Çünki, onlar düşünərlər  ki, müəllimələri bu sənətə müəllimlikdən daha çox önəm verir.

İcra etdiyiniz işlərdə ən çətin mərhələ hansıdır?
-Hər yeni işdə çətinlik olur. Amma birinci dəfə. Sonra heç bir iş mənə çətin gəlmir.

Əl işlərinizin satışı və təqdimatı ilə də siz özünüz məşğul olursunuzmu?
-Övladlarim komək edirlər. Amma lazim gəldikdə, sərgilərdə və başqa tədbirlərdə mən də məşğul oluram.

Sosial mediada öz brendinizi formalaşdırmaq barədə düşünürsünüzmü?
-Bəli, əlbəttə.

Hazırkı bazarda əl işlərinə münasibəti necə dəyərləndirirsiniz?
-Normal.

Müştəriləriniz arasında hansı aksesuarlar daha çox sevilir?
-Ən çox təbii daşlarla hazırlanmış  aksessuarlar müstərilərin marağına səbəb olur.

Gələcəkdə bu işinizi daha genişləndirmək, bəlkə kurs açmaq kimi planınız varmı?
-Vaxt azlığı səbəbindən  kurs açmağı fikirləşmirəm. Amma daha fərqli işlər hazırlamaq və sərgilərə çıxarmaq fikrim var.

Sizi bu işdə ən çox motivasiya edən nədir?
-Sadə bir daşı gözəl aksessuara çevirmək mənə zövq verir. İnsanlarin hazırladığım işlərə baxanda təəccüb qarışıq sevinclərini görmək mənə ən böyük motivasiyadır.

Əl işlərinə marağı olan gənc qadınlara nə tövsiyə edərdiniz?
-Çanta, abadok, brelok,  qalstuk,  kəmər və s. akril və ya sadə muncuqlarla, qolbaq,  boyunbağı, üzük, sırğa, təsbeh və s. isə təbii daşlardan hazirlayıram. -Əl işlərinə maragı olan bir çox qadinlara motivasiya verib, sıramıza qoşmusam. Onların mənə etdiyi təşəkkür mənə ruh verir. Yeni başlayanlara isə demək istəyərdim ki, heç vaxt "bacarmaram" deməsinlər. Əllə görülən hər bir işdə sevgi, səbr və ruh var. İnsan sevdiyi işi görəndə həm rahatliq tapır, həm də daxili enerjisi çoxalır. Bizim əllərimizlə yaratdığımız hər bir aksessuar kiminsə həyatina gözəllik qatır.





Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.