Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kənd təsərrüfatı naziri Tərtərdə vətəndaşlarla görüşəcək

Baxış: 120


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov oktyabrın 10-da saat 09:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Tərtər, Şuşa, Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən Tərtər, Şuşa, Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Xocavənd rayonlarının sakinləri Tərtər DAİM-ə (077-2991159) müraciət edə bilərlər.
Görüşə yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Görüşə gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.