Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xəzərin suyu içməli ediləcək: Dənizin səviyyəsi necə olacaq? - AÇIQLAMA

Baxış: 147
Xəzərin suyu içməli ediləcək: Dənizin səviyyəsi necə olacaq? - AÇIQLAMA


Azərbaycan və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında "Xəzər dənizində Suyun Duzsuzlaşdırılması Zavodunun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidməti üzrə saziş" imzalanıb. Yeni layihə çərçivəsində dəniz suyundan şirin su əldə olunması planlaşdırılır.
Mövzu ilə bağlı Ölkə.az-a danışan ekoloq Rövşən Abbasov bildirib ki, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması milli su strategiyasına və milli adaptasiya planlarına uyğun olan fəaliyyətlərin bir hissəsidir.
Onun sözlərinə görə, hər iki sənəddə Azərbaycanda alternativ su mənbələrinin tapılması, inkişaf etdirilməsi və istifadə edilməsi nəzərdə tutulur:
"Xəzər dənizinin suyunun duzsuzlaşdırılması əsasən Abşeron yarımadasında əhalinin çox cəmləşdiyi ərazidə baş verəcək. Bu, bir neçə baxımdan çox mühümdür. Birincisi, Abşeron yarımadası əhali tərəfindən çox məskunlaşdırılıb. Burada su mənbələri yoxdur. Abşeron yarımadasında sular kənar ərazilərdən gətirilir. Məsələn, Oğuz-Qəbələ su kəmərini, Kür su kəmərlərini, Şollar su kəmərlərini biz burada qeyd edə bilərik.
Sanki bir asılılıq var. Bu, həm çox xərclərə səbəb olur, həm də suyun gətirildiyi regionlarda belə su qıtlığının yaranmasına səbəb olur. Bu baxımdan, Abşeron yarımadasının Xəzər suları ilə təmin edilməsi çox müstəsna bir əhəmiyyətə malikdir. Bir qədər məsrəfli olsa da, uzaq məsafələrdən gətirilən sularla müqayisədə duzsuzlaşdırma layihəsinin iqtisadi baxımdan daha faydalı olduğu üzə çıxır.
Gələcəkdə bu proses genişləndirilməlidir. Hesab edirəm ki, buna paralel olaraq götürülən sular təmizlənərək yenidən Xəzər dənizinə qaytarılmalıdır. Bəzən əhalidə belə bir narahatlıq yaranır ki, Xəzərin səviyyəsi aşağı düşür. Bəs, bu şəraitdə Xəzərdən əlavə su götürülməsi nəyə səbəb ola bilər? Birincisi, götürülən suyun miqdarı çox az olacaq. İkincisi, götürülən bütün sular təmizlənərək istifadədən sonra yenidən Xəzər dənizinə axıdılacaq. Yəni Bakı şəhərində istifadə olunan suların 98 faizi istifadə olunur, istehlak olunmur. Ona görə də bu suların yenidən Xəzər dənizinə qaytarılması mümkündür".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.