Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şarj məntəqəsində sürücülər niyə ödəniş edir? - AYNA-dan AÇIQLAMA

Baxış: 119
Şarj məntəqəsində sürücülər niyə ödəniş edir? - AYNA-dan AÇIQLAMA


Paytaxtın Aşıq Molla Cümə küçəsində elektrikli avtomobillər üçün nəzərdə tutulan şarj məntəqəsi müvafiq park işarəsi ilə nişanlanmayıb. Burada avtomobili park edenden 15 dəqiqə sonra park ödənişi tələb olunur.

milli.az xəbər verir ki, sürücülərin sözlərinə görə isə avtomobili yarım saata şarj etmək olur. 

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, şarj məntəqələrində müvafiq məlumat lövhələri quraşdırılıb. Yalnız belə lövhələr quraşdırılan məntəqələr sırf şarj məntəqələri kimi nəzərdə tutulub. Həmin küçədə isə ümumi park qaydaları tələb olunduğundan park ödənişinin tələb olunması qanunidir. 

Həmçinin, qeyd edilir ki, AYNA ilə razılaşmadan sadəcə enerji doldurma avadanlıqları ilə təmin edilməklə təşkil edilən məntəqələr şarj məntəqəsi hesab edilmir. Həmin yerin xüsusi bir rənglə boyanması da oranın şarj məntəqəsi olduğunu göstərmir. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.