Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib” - Hökumənin atası

Baxış: 141
“Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib” - Hökumənin atası


Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Xarici İşlər Nazirliyi Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı sığorta kompensasiyasının ödənildiyini iddia edib. 

Qəza zamanı həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev isə Modern.az-a bildirib ki, Rusiya onun ailəsinə heç bir ödəniş etməyib:

“Nə vaxt sığorta ödənişi ediblər?! Bizim xəbərimiz yoxdur, yalan söhbətdir”.

Azərbaycan tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.

Xatırladaq ki, Rusiya XİN “AlfaStrakhovanie” ASC-nin fevral ayından təbii fəlakətlə əlaqədar sığorta ödənişlərini həyata keçirdiyini açıqlayıb. Azərbaycan aviaşirkətinə təyyarəyə görə tam sığorta dəyəri - 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənildiyi iddia olunub. Eyni zamanda,15 Rusiya vətəndaşından 7-nin, 38 Azərbaycan vətəndaşından 35-nin, 3 Qırğızıstan vətəndaşının hamısının, 6 Qazaxıstan vətəndaşından isə 1-nin tam ödənişinin təmin edildiyi bildirilib: “Bu günə olan məlumata görə, təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib”.

Həmçinin qeyd olunub ki, xəsarət alanlar və ölənlərin yaxınları ilə tam hesablaşma məqsədilə kompensasiya məbləğlərinin razılaşdırılması istiqamətində iş davam etdirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.