Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu gündən balıq ovlaya bilərsiniz

Baxış: 152




Azərbaycanda balıq ovlama müddəti bu gündən açıq elan olunur.

Sahibkartv.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında balıq ovuna moratorium bu gün başa çatıb.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə nazirliyin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər dənizinin Azərbaycana mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.