
Şəxsiyyət vəsiqəsinin istifadə müddəti bitən vətəndaşlar sosial ödənişlərini ala bilmir. Son günlər bununla bağlı müraciətlərin sayı artıb.
Sahibkartv.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili bununla bağlı məsələyə aydınlıq gətirib.
O bildirib ki, fondun sosial ödənişləri vətəndaşların şəxsiyyət vəsiqəsi məlumatlarına görə müəyyən edilir.
“Qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil. Buna görə də şəxsiyyət vəsiqəsi hər hansı səbəbdən qüvvədən düşmüş vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib, yeni qüvvədə olan şəxsiyyət vəsiqəsi almalıdır ki, sosial ödənişlərinin davam etdirilməsi mümkün olsun”.


































