Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gəncədə raketlə vurulan binaların yeri indi belə görünür... - Video

Baxış: 148
Gəncədə raketlə vurulan binaların yeri indi belə görünür... - Video


Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Memorial Kompleksinin təməlini Prezident 2022-ci ilin yanvarında qoyub. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək Kompleks raket zәrbәlәrinә mәruz qalmış yaşayış binalarının vә keçmiş parkın yerlәşdiyi ərazidə yaradılır.

Hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir.

Xatırladaq ki, 2020-ci ilin oktyabrında Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda raketlə vurulub. Nəticədə 26 dinc sakin həlak olub, 175 nəfər yaralanıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.