Ev almaq istəyənlərə şad xəbər: nizamnamə kapitalı artırıldı
Tarix: 28-07-2025, 10:16
/
Baxış: 961
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 85 milyon manatın ayrılması ilə mümkün olub.
Axar.az xəbər verir ki, bu sözləri deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
"Azərbaycan Prezidenti İlham Əliyev hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq fərman imzalayır. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur.
Bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir.
İndiyədək fond tərəfindən 54 min 918 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 560 milyon manatdan çoxdur", - o bildirib.
Digər xəbərlər
Xəbər lenti
22:11
30-09-2026
30-09-2026
21:48
30-09-2026
30-09-2026
21:18
30-09-2026
30-09-2026
20:43
30-09-2026
30-09-2026
20:33
30-09-2026
30-09-2026
20:16
30-09-2026
30-09-2026
19:44
30-09-2026
30-09-2026
19:34
30-09-2026
30-09-2026
19:14
30-09-2026
30-09-2026
18:51
30-09-2026
30-09-2026
18:31
30-09-2026
30-09-2026
18:21
30-09-2026
30-09-2026
17:49
30-09-2026
30-09-2026
17:33
30-09-2026
30-09-2026
17:17
30-09-2026
30-09-2026
16:53
30-09-2026
30-09-2026
16:23
30-09-2026
30-09-2026
16:00
30-09-2026
30-09-2026
15:46
30-09-2026
30-09-2026
15:17
30-09-2026
30-09-2026
15:00
30-09-2026
30-09-2026
13:39
30-09-2026
30-09-2026
13:13
30-09-2026
30-09-2026
12:21
30-09-2026
30-09-2026
12:12
30-09-2026
30-09-2026
11:44
30-09-2026
30-09-2026
11:39
30-09-2026
30-09-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Torpağa vaxtında verilən su məhsulu dəyişir
30-09-2026 22:11
/
918
Əkinçilikdə məhsul itkisini azaldan əsas texnologiya
30-09-2026 21:48
/
801
Suvarma ilə bağlı səhv hesablamalar fermerə baha başa gəlir
30-09-2026 21:18
/
873
Torpaq və su idarəçiliyi gələcək kənd biznesinin əsasını qurur
30-09-2026 20:43
/
1 161
Əkinçilikdə suvarma keyfiyyəti bazar dəyərinə təsir edir
30-09-2026 20:33
/
1 035
Suvarma sistemləri ilə işləyən təsərrüfatlar niyə daha dayanıqlıdır
30-09-2026 20:16
/
1 035








































