Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

20 yanvar dairəsində tıxac problemi necə həll olunacaq?

Baxış: 207
20 yanvar dairəsində tıxac problemi necə həll olunacaq?


20 yanvar dairəsində tıxaclar tarixə qovuşa bilər. Belə ki, dövlət proqramına əsasən, 2025-2026-cı  illərdə 20 Yanvar yol qovşağının təkmilləşdirilməsi, yeni bağlantıların yaradılması planlaşdırılır.

ğXezerxeber.az xəbərinə görə, dairədə sıxlığa əsas səbəb olan Ziya Bünyadov prospektindən  gələn nəqliyyat axınının həlli gözlənilir.

Ekspert Ərşad Hüseynov təklif edir ki, ümumilikdə paytaxtda, 20 yanvar dairəsində sıxlığın azaldılması üçün Ziya Bünyadov prospekti boyu bir neçə zəruri həllər həyata keçirilməlidir. İlk növbədə Ziya Bünyadovun azadlıq prospekti ilə kəsişmədəki butulka effekti aradan qaldırılmalıdır

Paralel olaraq Məhəmməd Xiyabani küçəsinin xarici dairəvi avtomobil yolu ilə kəsişməsində tunel tipli yol ötürücüsünün, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının və Qaradağ rayonu istiqamətində keçid üçün yeni yan yolun tikintisi və istismara verilməsi də həyata keçiriləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.