Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda iş saatları dəyişəcək - QRAFİKLƏR

Baxış: 178
Bakıda iş saatları dəyişəcək - QRAFİKLƏR


Bakı və ətraf ərazilərdə nəqliyyat yükünü azaltmaq və ictimai nəqliyyat sisteminin effektivliyini artırmaq məqsədilə iş qrafikinin dəyişkən rejimdə təşkili ilə bağlı mühüm addımlar atılacaq.

 BAKU.WS məlumatına görə, 2025–2026-cı illəri əhatə edən yeni yanaşma çərçivəsində dövlət orqanları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslər üçün fərqli iş rejimləri müəyyən ediləcək.

Müvafiq qurumların aparacağı təhlillər əsasında müxtəlif sahələr üzrə işəgəlmə və işdən çıxma saatlarında dəyişikliklər ediləcək. Beləliklə, insanların eyni vaxtda yollara axışmasının qarşısı alınacaq və nəqliyyat sistemində yaranan sıxlıq azalacaq.

Bəzi dövlət və özəl sektor müəssisələrində distant iş rejiminin tətbiqi də nəzərdə tutulur. Bununla yanaşı, iş yerlərinin dəyişkən qrafik əsasında fəaliyyət göstərməsi işçilərə daha rahat hərəkət etmək imkanı yaradacaq və iş-nəqliyyat balansını optimallaşdıracaq.

Dəyişikliklərin məqsədi Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu təkmilləşdirmək, şəhərdaxili sıxlığı azaltmaq və ümumi hərəkət rahatlığını təmin etməkdir. Eyni zamanda, özəl sektorun bu prosesə innovativ həllərlə qoşulması təşviq olunacaq. Bu tədbirlər nəticəsində həm iş, həm də nəqliyyat rejimi daha çevik və rahat olacaq, insanlar isə sıxlıq probleminə görə vaxt itirmədən gündəlik həyatlarına davam edə biləcəklər.

Qeyd edək ki, Beynəlxalq təcrübədə iş qrafiklərinin optimallaşdırılması üçün müxtəlif modellər tətbiq olunur. Nəqliyyat sıxlığını azaltmaq və işçilərin məhsuldarlığını artırmaq üçün ən ideal çıxış yollarından biri fleksibil (elastik) iş saatlarıdır.

Dünyada nəqliyyat sıxlığını azaltmaq üçün ən ideal iş saatları aşağıdakı kimi müəyyən edilib:

07:00–15:00 (Erkən başlayanlar üçün)

08:00–16:00 (Standart iş vaxtı)

09:00–17:00 (Ənənəvi iş rejimi)

10:00–18:00 (Gec başlayanlar üçün).

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.