Day, Month 00, Year
00: 00: 00 AM
Biz hər zaman ölkə başçısının sahibkarığın inkişafı üçün yaratdığı şəraiti yüksək qiymətləndirir, özəl sektorun uğurlarını saytımızda işıqlandırır və onlarla qarşılıqlı şəkildə əməkdaşlıq edirik



        Əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişafa  dəstək hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Eliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri Prezident İlham Eliyevin son dövrlərdə imzaladığı qanun, fərman və sərancamlarda öz əksini geniş tapmışdır.
      Respublikamızda sahibkarlıq fəaliyyətinin dayanıqlı və davamlı inkişafı dövlətin iqtisadi siyasətinin əsasını təşkil edir. Bunun ən gözəl nümunəsidir ki, ölkə başçısının yeritdiyi düzgün daxili və xarici siyasətin nəticəsi olaraq  mövcud olan ictimai-siyasi sabitlik, dayanıqlı iqtisadi inkişaf və günü-gündən artan iqtisadi rifah ölkədə sahibkarlığın inkişafını sürətləndirməklə yanaşı yeni sahibkarlar sinfinin formalaşmasına da gətirib çıxarır.
      Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi məqsədiylə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın yeni mexanizmləri yaradılıb, beləliklə həyata keçirilən uğurlu islahatlar  kiçik və orta biznesin inkişafı üçün yaradılmış şərait ildən-ilə artan templə davam edir,  iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da artır. Nəticədə özəl və xarici investorların ölkə iqtisadiyyatında fəallığı artır, qeyri-neft sektorunun inkişafı sürətlə davam edir. Eyni zamanda ölkədə sahibkarlığın inkişafı məqsədiylə biznes və investisiya mühiti yaxşılaşdırılır, qanunvericilik bazası təkminləşdirilir , sahibkarların maliyyə bazarlarına rahat çıxışı təmin edilir və ənənəvi bazarlardan başqa yeni bazarlara çıxışın asanlaşdırılması  üçün yeni mexanizmlər hazırlanır. Özəl sektorda biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində də xeyli işlər görülür və yeni müasir çağrışlara cavab verən mexanizmlər tətbiq edilir.
Bütün bu uğurlara baxmayaraq son dövrlərdə uğurlu sahibkarlar haqqında müxtəlif şəxslər tərəfindən həm sosial şəbəkələrdə həm də bəzi elektron KİV-də qərəzli, həqiqətdən uzaq şişirdilmiş informasiyaya rast gəlirik. Məqsədləri daha çox oxucu və like yığmaq olan bu dırnaqarası saytlar kimdənsə eşitdiyi əssasız məlumatları ölçüb-biçmədən, nəticələrini düşünmədən status xətrinə yazırlar.  Burada məqsəd əlbəttə ki, həqiqi ictimai rəyi formalaşdırmaq deyil, birbaşa və dolayı səhv informasiya ilə yönləndirməkdir. Bu dırnaqarası saytlar  sahibkarların imicinə zərər vurmaqla yanaşı ölkə iqtisadiyyatının inkişafına da kölgə
 salır. Biz Sahibkartv.az olaraq belə halları qətiyyətlə pisləyir, onlarla əlaqə saxlayaraq onlara oxucu kütləsinə yalnış informasiya verməkdən çəkinməyi tövsiyyə edirik. Sahibkartv.az olaraq hər zaman sahibkarlarla həmrəyik və belə neqativ hallarla qarşılaşan sahibkarlar  qaynar   xəttimiz vasitəsiylə  bizimlə əlaqə saxlaya bilərlər. Biz hər zaman ölkə başçısının sahibkarığın inkişafı üçün yaratdığı şəraiti yüksək qiymətləndirir, özəl sektorun uğurlarını saytımızda işıqlandırır və onlarla qarşılıqlı şəkildə əməkdaşlıq edirik.

Rüstəm Zülfüqarlı


Tarix: Bu gün, 10:09 Oxunub: 73


Bölməyə aid digər xəbərlər