Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu sahibkarlar cərimələnəcək - XƏBƏRDARLIQ! - VİDEO

Baxış: 213
Bu sahibkarlar cərimələnəcək - XƏBƏRDARLIQ! - VİDEO


15 min manatdan artıq olan ödənişləri nağd həyata keçirən vergi ödəyiciləri cərimələnəcək.

Xəzər TV bildirir ki, bu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Millət vəkili Azər Badamov bildirib ki, nağd ödənişlərin həcmi indiki təkliflə 3 kateqoriyaya bölünüb.

Azər Badamov qeyd edib ki, qiymətli daşların, qiymətli metalların  alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək.

Bu sanksiya avtomobil satışı zamanı tətbiq edilməyəcək.

Yeni qaydaları pozanlara aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Videomaterialı təqdim edirik:

<embed width="670" height="400" src="https://newstube.az/embed/175524" frameborder="0" allowfullscreen></embed>

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.