Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb

Baxış: 218
Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb


Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcək.
Sahibkartv.az-ın report-a istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
Nazir qeyd edib ki, qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb.
Hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyin olunduğu, sosial ödənişlərin proaktiv təyinatı mexanizminin əhatəliliyinin artırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.
Nazirlik tərəfindən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesinin rəqəmsal həllərin tətbiqi ilə həyata keçirildiyi vurğulanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.