Day, Month 00, Year
00: 00: 00 AM
Zəfərdən doğan zəfər: 23 saat və ağ bayraq…

Vətən müharibəsindən sonra Azərbaycan Ermənistana davamlı sülh üçün dəfələrlə çağırışlar etsə də, qarşı tərəf hər dəfə danışıqlardan yayınır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. Onlar 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək Azərbaycan tərəfinin xəbərdalıqlarına məhəl qoymayaraq Qarabağ iqtisadi rayonunda yerləşən separatçı ünsürlərini gücləndirməyə cəhd edir, humanitar dəhlizdən sui-istifadə edərək minalar, hərbi sursatlar, silahlar və zirehli texnikalar daşıyırdılar.

O vaxt Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin 10 mindən artıq hərbi qulluqçusu və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Bu da Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini təhdid edirdi. 

Bu sözləri müsahibəsində Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Elşad Təhməzov deyib. 

E.Təhməzov bildirib ki, öz çirkin əməllərini açıq-aşkar həyata keçirməkdən çəkinməyən terrorçular Qarabağda qondarma “prezident” seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Antiterror əməliyyatından əvvəlki bir neçə ayda Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin fəallaşmasının müşahidə olunduğunu söyləyən zabit qeyd edib: “Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin təkmilləşdirilməsi tərəflər arasında gərginliyin artmasına səbəb olmuşdu. Sentyabrın 19-da isə təxribatlar pik həddə çatdı. Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatına başladı. Həmin hərbi əməliyyatlar zamanı Qarabağ iqtisadi rayonunda yerləşən erməni mülki əhalinin zərər görməməsi üçün Azərbaycan Ordusu yüksəkdəqiqli silahlardan istifadə etdi. Nəticədə cəmi 23 saatdan sonra erməni silahlı birləşmələrini və separatçıları “ağ bayraq” qaldırmağa məcbur oldu. Bununla da 100 ildən çox davam edən erməni bəlası başımızın üstündən tamamilə çəkildi, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Antiterror əməliyyatları 44 günlük Vətən müharibəsinin məntiqi sonluğu oldu”.

Qeyd edək ki, mayor E.Təhməzov həm Aprel döyüşlərinin, həm 44 günlük Vətən müharibəsinin, həm də 2022-ci il sentyabrın 12-14-də baş verən sərhəd döyüşlərinin iştirakçısıdır. Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatlar zamanı Laçın istiqamətində aparılan hərbi əməliyyatlar zamanı yaralanıb.


Tarix: 22-09-2024, 10:21 Oxunub: 31


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı