Day, Month 00, Year
00: 00: 00 AM

Mediasiya təşkilatları gov.az domenli elektron poçt ünvanları ilə təmin edilib

Mediasiya təşkilatları gov.az domenli elektron poçt ünvanları ilə təmin edilib.

Bu barədə  Azərbaycan Respublikasının Mediasiya Şurasından məlumat verilib.

Məlumata əsasən, Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının fəaliyyəti çərçivəsində “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmənin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin 4.1.1-ci yarımbəndində nəzərdə tutulan mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində əlavə bir sira tədbirlər görülüb.

Ədliyyə Nazirliyinin və Mediasiya Şurasının birgə əməkdaşlığı nəticəsində artıq ölkəmizdə fəaliyyət göstərən bütün mediatorlar və mediasiya təşkilatları barədə ətraflı məlumatlar Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalına inteqrasiya edilib. Qeyd edilən e-poçtlar eyni zamanda Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalında əksini tapıb.

Qeyd edilən işlər çərçivəsində Mediasiya Şurasının sorğusu əsasında Xüsusi Rabitə və İnformasiya Təhlüksəziliyi Dövlət Xidmətinin dəstəyi ilə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən mediaisya təşkilatları rəsmi elektron poçt ünvanları ilə təmin edilib. Xüsusi Rabitə və İnformasiya Təhlüksəziliyi Dövlət Xidməti tərəfindən göstərilmiş dəstək nəticəsində mediasiya təşkilatlarına daxil olan müraciətlərin və eyni zamanda mediasiya təşkilatlarından olan müraciətlərin vahid və daha mötəbər domeyn üzərindən istifadəsi təmin olunub.

Eyni zamanda qeyd edilən e-poçtlar Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalında yer alan mediasiya təşkilatlarının məlumat və yönləndirilmə hissəsində də öz əksini tapıb.


Tarix: 11-09-2024, 10:59 Oxunub: 33


Bölməyə aid digər xəbərlər