Day, Month 00, Year
00: 00: 00 AM
Budapeşt su altındadır!

18:26 / 20-09-2024

Marneulidə görkəmli Azərbaycan alimi ilə görüş keçirilib

Gürcüstanın Marneuli şəhərində “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Şair və Yazıçılar Birliyi”nin prezidenti, kimya və əczaçılıq elmləri doktoru Qaraxan Yaqubovla görüş keçirilib.

Bakı, Marneuli, Bolnisi və Dmanisidən gəlmiş qonaqlar, ziyalılar, gənc şairlər və yazıçılar, müəllimlər və aşıqlar iştirak ediblər.

“İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov görüşün məqsəd və məramı barədə danışıb.

Sonra professor Mahmud Kamaloğlu Qaraxan Yaqubov haqqında iṣtirakçılara geniṣ məlumat verib. 

Marneulinin meri Kənan Ömərov, Gürcüstan parlamentinin sabiq deputatı Ruslan Hacıyev mədəniyyətimizin inkişafında görülən işləri qeyd edib, bu cür tədbirlərin digər bölgələrdə keçirilməsinin vacibliyini vurğulayıblar. 

Qaraxan Yaqubov tədbirin təşkilatçılarına təşəkkür edib, Dünya Azərbaycanlılarının birliyinin daha da möhkəmlənməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib. 

Tədbirin sonunda "Dünya Azərbaycanlılarının Şair və Yazıçılar Birliyi" tərəfindən bəzi şəxslərə fəxri adlar və diplomlar təqdim olunub.


Tarix: 11-08-2024, 11:52 Oxunub: 117


Bölməyə aid digər xəbərlər