Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Aİ Azərbaycanda minadan zərərçəkən şəxslərin reabilitasiyasına dəstək verəcək

Baxış: 313

"Avropa İttifaqı Azərbaycanın işğal azad edilmiş ərazilərindəki minalardan təmizləmə işləri zamanı xəsarət alaraq əlillik təyin edilən şəxslərin reabilitasiya prosesində yaxından iştirak edəcək".

"Sahibkartv.az" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
Onun sözlərinə görə, bu gün Azerbaycan əlillik sahəsində bir çox Avropa ölkələrinin qarşılaşdığı çətinliklərlə üzləşir: "Təbii ki, Azərbaycanda sosial siyasətin tətbiqi bu çətinliklərin aradan qaldırılmasına xidmət edir. Aİ digər sahələrdə də Azərbaycana dəstək olur. İşğaldan azad edilən ərazilərdə minalardan təmizləmə işləri davam etdirilir. Minaların partlaması nəticəsində əlillik qazanmış şəxslərin reabilitasiyasında da yaxından iştirak edəcəyik".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.