Təxminən 15 il bundan əvvəl Azərbaycan neftdən böyük gəlirlər əldə etməyə başladı və bunun fonunda Bakının siması dəyişməyə başladı.
Paytaxtda böyük abadlıq və quruculuq işləri görüldü, infrastruktur layihələri həyata keçirildi, son illər isə xeyli sayda hündürmərtəbəli yaşayış binaları tikildi.
Bu binalar əksər hallarda köhnə, istismar müddəti çoxdan başa çatmış 1-2 mərtəbəli fərdi evlərin sökülməsi hesabına inşa edildi və bu proses hələ də davam edir. Bununla belə, təcrübə göstərir ki, köhnə evlərin sökülməsi, oradan yaşayanların köçürülməsi, vətəndaşlara yeni tikilən binalardan mənzillər verilməsi prosesi heç də asanlıqla getmir. İnsanlarla sahibkarlar arasında narazılıq yaranır. Bakıda köhnə binaların söküntüsü hansı formada həyata keçirilməlidir?
"Sahibkartv.az" bu məsələ ilə bağlı daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyevin fikirlərini öyrənib.
Ekspert deyir ki, istismar müddətini bitirmiş binaların sökülməsi zamanı tikinti şirkətləri ilə vətəndaşlar arasında yaşanan narazılıqlar daşınmaz əmlak bazarının ən aktual problemlərindəndir.
“Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə 2016-cı ildən Bakıda istismar müddətini bitirmiş binaların sökülməsi, yeni binalarla əvəzlənməsi prosesinə başlanıldı. Həmin ildən bəri Bakıda çox sayda bina sökülüb və yeniləri tikilərək vətəndaşlara təhvil verilib. Bakıdakı köhnə binaların böyük əksəriyyəti istismar müddətini bitirib. Tikinti şirkətləri isə harda geniş həyəti olan binalar varsa, onları sökməyə başladılar. Bu səbəbdən istismar müddətini bitirmiş binaların söküntüsü dayandı. Növbəti mərhələdə sırf qəzalı vəziyyətdə olan, yəni Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qəzalı olduğu qeydə alınan binaların söküntüsünə icazə verilməsinə başlanıldı. Bakıda qəzalı vəziyyətdə təkcə çoxmənzilli yaşayış binası deyil, fərdi həyət evləri də var. Təbriz küçəsində, Yasamalda, “Papanin” kimi tanınan ərazidə yaşı çox olan həyət evləri var ki, həm istismar müddətini bitirib, həm də şəhərin ümumi xarici estetik görünüşünə xələl gətirir. Bunların sökülüb əvəzinə hündür mərtəbəli binaların tikilməsi nəzərdə tutulub”, - o qeyd edib.
E.Fərzəliyevin sözlərinə görə, köhnə binaların sökülməsi zamanı yaşanan problemlərin ilkin səbəbi vətəndaşın tikinti şirkətinə inanmamasıdır: “Köhnə binaları sökmək üçün tikinti şirkəti vətəndaşla danışıq aparır. Bu zaman əksər hallarda vətəndaşlar tikinti şirkətlərinə inanmır. Burda vətəndaş müəyyən qədər haqlıdır. Köhnə binaların söküntüsü ilə bağlı tikinti şirkətləri aidiyyatı dövlət qurumlarından bütün sənədləri alırlar. Sənədlər toplanmasa, binanın qəzalı olması barədə FHN-nin rəyi olmasa, tikintiyə icazə verilməsə, köhnə binanı söküb yenisini tikmək olmur. Şirkətlərin ən böyük səhvi odur ki, vətəndaşları o sənədlərlə tanış etmirlər. Hesab edirəm ki, bina qəzalıdırsa və sökülüb yenisi tikilməlidirsə, onun qəzalı olması, binanın sərəncamı, layihəsi ilə bağlı bütün sənədlər toplanıbsa, aidiyyatı dövlət qurumları tərəfindən bu icazələr verilirsə, vətəndaşlarla tikinti şirkətləri deyil, həmin dövlət qurumlarının nümayəndələri danışıq aparmalıdır. Həmin nümayəndə vətəndaşa bildirməlidir ki, biz dövlət qurumu olaraq bu binanın sökülməsi ilə bağlı qərar vermişik və zəmanət veririk ki, bu bina filan tarixdə söküləcək, filan tarixdə yenisi sizə təhvil veriləcək. Vətəndaşları daha çox narahat edən bu zəmanətin olmamasıdır. Dövlət qurumu tərəfindən bu zəmanət verilsə, sakinlər də heç bir problem olmadan öz evlərini boşaldıb kirayə evlərə köçərlər. Çünki bu proses sakinlər üçün də faydalıdır. Belə ki, onlara yeni binadan və əvvəlkindən daha dəyərli və daha yaxşı təmirli mənzil veriləcək. Bu prosesdə müəyyən kriteriyalar qoyulmalıdır. Hansı mənzilin əvəzində konkret olaraq neçə kvadrat sahəli mənzilin veriləcəyi müəyyən edilməlidir”.
Ekspert deyib ki, Bakıda elə binalar var ki, sakinlərinin bir hissəsi köçüb, amma bir neçə sakin köçməyib deyə binanın söküntüsü aparıla bilmir: “Tikinti şirkəti həmin köçən sakinlərə məcburi kirayə pulu ödəyir. Digər tərəfdən şirkət onlar qarşısında öhdəlik götürür ki, müəyyən müddətə bina tikilib sizə təhvil veriləcək. Amma digər sakinlərin binadan köçməməsi tikinti şirkətinin götürdüyü öhdəliyi pozur. Bir də görürsən, aradan 4 il keçir amma sakinlər evlərinə köçə bilmirlər. İstismar müddətini bitirmiş binaların və həyət evlərinin sökülməsi prosesinin sürətlə getməsi üçün dövlət qurumları addım atmalıdır. Tikinti şirkətlərində bu söküntüyə maraq olmasa, həmin binanı sökən olmayacaq və bu qəzalı binalar daha da qəzalı vəziyyətə düşəcək, təhlükə mənbəyinə çevriləcək”.
“Bir müddət əvvəl Bakıda 132 min binanın söküləcəyi barədə xəbərlər yayılmışdı. Bu xəbərlər tamamilə yanlışdır. Çünki paytaxtda cəmi 11 min istismar müddətini bitirmiş bina var. Ümumi götürsək, 2000-ci ildən bu günə Bakıda iki minə qədər də yeni tikili bina inşa edilib. Maksimum 15 min də digər binalar var. Yəni bu gün Bakı və Abşeron ərazisində 132 min bina yoxdur”, - E.Fərzəliyev əlavə edib.
Rəqəmsal Klinikalar: Mobil Sağlamlıq Xidmətləri Yeni Biznes Sahəsi Yaradıb
19:00 / 01-02-2025
Nanotexnologiyalarla Dərman Çatdırılması Yeni Biznes Modelinə Çevrilir
18:42 / 01-02-2025
Süni İntellekt Dəstəkli Mühasibat Proqramları Kiçik Bizneslərə Yardım Edir
18:30 / 01-02-2025
Süni İntellekt Əsaslı Diagnoz Mərkəzləri Yeni Sahibkarlıq Trendi Olur
18:16 / 01-02-2025
Sabah ölkə ərazisində 14 dərəcə isti olacaq
18:00 / 01-02-2025
Kiber Təhlükəsizlik Startapları Kiçik Biznesləri Qoruyur
17:53 / 01-02-2025
Biotexnologiyada Yeni Addım: "Ağıllı Dərmanlar"
17:38 / 01-02-2025
Təbii Resursların Bərpa Edilməsi: Su Təchizatı İnnovasiyaları
17:15 / 01-02-2025
"Kızılcık şerbeti"nin aktyorundan maraqlı etiraflar: Sevgilim var...
17:00 / 01-02-2025
Kənd Sahibkarlığı İnkişaf Edir: Ağıllı Fermerlik Texnologiyaları
16:51 / 01-02-2025
Rəqəmsal Müxtəliflik və Yeni İş Yerləri: "Virtual Karyera Mərkəzləri"
16:45 / 01-02-2025
Genetik Mühəndislik Startapları Fərdi Tibb Bazarı Yaradıb
16:30 / 01-02-2025
Yaponiyada selfi çəkənlərlə bağlı qərar qəbul edilib
16:00 / 01-02-2025
Qlobal Məlumat Bazası ilə İqtisadiyyatda Yeni Dövr: "OpenData" Platforması
15:43 / 01-02-2025
Elektron Ticarətdə Mikro-Sahibkarlıq İnqilabı: Sosial Media Mağazaları
15:36 / 01-02-2025
Yaşı 36-nı ötən qadınların əksəriyyəti düşünür ki.... - Maraqlı araşdırma
15:00 / 01-02-2025
Rəqəmsal Ticarətin Yeni Hərəkətverici Gücü: "Web3" Texnologiyası
14:54 / 01-02-2025
Dövrün nəqliyyat strategiyası: yeni nəqliyyat “bum”u - Şərh
14:14 / 01-02-2025
Azərbaycan banklarının xalis xarici və daxili aktivləri artıb
14:00 / 01-02-2025
Qəbələdə baş verən avtoqəzanın YENİ DETALLARI: Sürücülük hüququ olmayıb
13:44 / 01-02-2025
DYP-dən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ
13:31 / 01-02-2025
"Səyyar Kofe Evləri" - 300 min manata yaxın pul xərclənəcək
12:07 / 01-02-2025
Azərbaycanda bu cərimələr silinə bilər?
11:15 / 01-02-2025
ABŞ-də daha bir təyyarə qəzası - VİDEO
11:11 / 01-02-2025
“Google”dan Trampın qərarına reaksiya: xəritələrə düzəliş ediləcək
10:29 / 01-02-2025
İmişlidə yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
10:24 / 01-02-2025
Azərbaycanda meyitlərin yandırılması üçün mərkəzlər yaradılacaq - Video
10:19 / 01-02-2025
Son Dəqiqə Qocalmanı Dayandıran İlk Dərman Klinik Sınaqlara Başladı
21:43 / 31-01-2025
Bakıda köhnə binaların söküntüsü hansı formada həyata keçirilməlidir?
Bölməyə aid digər xəbərlər
Tarix: 6-07-2022, 13:34 Oxunub: 221
Bölməyə aid digər xəbərlər
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
7-04-2022, 20:28
Dövlət vəsaiti hesabına inşa edilən evlərlə bağlı FƏRMAN
25-02-2022, 08:26
Əmlak sığortası ilə bağlı əhaliyə xəbərdarlıq etdildi
24-02-2022, 16:57
Əmlak sığortası ilə bağlı əhaliyə xəbərdarlıq etdildi
15-02-2022, 12:15
Azərbaycanın Londondakı dövlət əmlakının dəyəri 41 milyon funt sterlinq artıb - ÖZƏL + FOTO
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
8-01-2022, 15:18
Bu il Bakıda evlərin qiyməti artacaq? - AÇIQLAMA
6-11-2021, 12:08
"Biz istəyirik ki, Azərbaycan xaricdən bal idxalını dayandırsın"
26-10-2021, 13:02
Köhnə binalar nə vaxt SÖKÜLƏCƏK? - VİDEO
14-09-2021, 13:40
İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul etdi - VİDEO
30-08-2021, 11:56
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB + FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO