Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

DANX: "Qarabağa müəyyən olunmuş marşrutlar üzrə bilet satışı portalının işi bərpa edilib"

Baxış: 340

Bu gün işğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə 

www.yolumuzqarabaga.az portalında biletlər satışa çıxarıldıqdan bir müddət sonra bir neçə qurum arasında məlumat mübadiləsi zamanı texniki problem yaranıb.
Bu barədə "Sahibkartv.az"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) portalda yaranan problemlə bağlı açıqlamasında bildirilib.
"Qısa zaman ərzində texniki problem aradan qaldırılıb. Hazırda www.yolumuzqarabaga.az portalın işi bərpa edilib. Vətəndaşlar tərəfindən bilet alışı adi qaydada davam edir", - məlumatda deyilir.
Bildirilir ki, təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.