Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Milli Məclisdən AÇIQLAMA: “Həqiqətə uyğun deyil”

Baxış: 355
Milli Məclis media orqanlarının akkreditasiyasının ləğv edilməsi haqqında yayılan xəbərə münasibət bildirib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumatda bildirilir: 
“Yanvarın 28-də bəzi media orqanlarında Milli Məclisin İntizam Komissiyası tərəfindən kütləvi informasiya vasitələri nümayəndələrinin 2022-ci ilin yaz sessiyası dövründə parlamentin fəaliyyətini işıqlandırmaq üçün Milli Məclis Aparatında akkreditə olunması və bəzi media nümayəndələrinin akkreditasiyasının ləğv edilməsi haqqında həqiqətə uyğun olmayan məlumat verilmişdir. 
Bildiririk ki, Milli Məclisin İntizam komissiyasında media nümayəndələrinin parlamentdə akkreditasiyası məsələsinə baxılmamışdır və bu məsələ İntizam komissiyasının gündəliyində olmamışdır.
Xahiş edirik ki, bu tipli informasiyaları yaymamışdan əvvəl məlumatı dəqiqləşdirəsiniz”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.