Rusiya Mərkəzi Bankının məlumatına görə, Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 1,4 milyard dollar artaraq yanvarın 21-nə 639,6 milyard dollar təşkil edib.Sahibkartv.az xəbər verir ki, fiskal qayda çərçivəsində valyuta alışı nəticəsində ehtiyatlar 0,2% artıb, mənfi yenidən qiymətləndirmə ilə qismən kompensasiya edilib.
Mərkəzi Bankın məlumatına görə, yanvarın 14-nə Rusiya Federasiyasının beynəlxalq ehtiyatlarının həcmi 638,2 milyard dollar təşkil etmişdi.
Beləliklə, 21 yanvar 2022-ci il tarixinə olan məlumata görə, beynəlxalq ehtiyatlar tarixi maksimumunu yeniləyib.
Rusiya Bankı və Rusiya Federasiyası hökuməti tərəfindən saxlanılan yüksək likvidli xarici aktivlər olan beynəlxalq ehtiyatlar xarici valyutalardan, xüsusi borclanma hüququndan, BVF-də ehtiyat mövqeyindən və qızıldan ibarətdir. Rusiya Federasiyası Mərkəzi Bankının beynəlxalq ehtiyatlar üçün hədəf səviyyəsi 500 milyard dollardır.




































