Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

KİV: Ermənistan və Azərbaycan noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq

Baxış: 336
Noyabrın 9-da Azərbaycan və Ermənistan Moskvada iki yeni sənəd imzalayacaq.
Bu barədə məlumatı Ermənistanın aliqmedia.am saytı diplomatik mənbələrə istinadla yayıb.
Bildirilir ki, sənəd Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə İlham Əliyev və Nikol Paşinyan tərəfindən imzalanacaq.
Qeyd edilib ki, birinci sənəd SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci illərinə aid xəritələri əsasında İrəvan və Bakının bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacağı Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyasına aiddir.
Baş nazirin müavinləri səviyyəsində son Ermənistan-Rusiya-Azərbaycan görüşü nəticəsində demək olar ki, yekun razılaşmanın əldə edildiyi ikinci sənəd bölgədəki kommunikasiyaların blokdan çıxarılmasına, xüsusilə də Azərbaycanla Naxçıvan arasında yol dəhlizlərinin qurulmasının detallarına işarə edir.
Habelə bildirilir ki, 9 noyabr tarixi xüsusi olaraq seçilib. 2020-ci ilin həmin günü Azərbaycan prezidenti  və Ermənistanın baş naziri Rusiya prezidentinin vasitəçiliyi ilə Üçtərəfli Bəyanat imzalayıblar, bununla da hərbi əməliyyatlar dayandırıldı və bir neçə həftə ərzində Ermənistan silahlı qüvvələri geri çəkildi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.