Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Elm və təhsil nazirinin müavini: "Azərbaycan VI sənaye inqilabına hazır olmalıdır"

Baxış: 165


Elm və təhsil nazirinin müavini: Azərbaycan VI sənaye inqilabına hazır olmalıdırFirudin Qurbanov
Azərbaycan artıq VI sənaye inqilabına hazır olmalıdır və bu, 2035-2045-ci illərdə baş tutacaq.
"Sahibkartv.az" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının fizika-riyaziyyat və texnika elmləri bölməsinin hesabat konfransında çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.
"VI sənaye inqilabı süni intellektlə bağlı olacaq. Biz 44 günlük Vətən müharibəsində də məhz süni intellektin dəstəyi ilə qalib olduq. Xatırlayıram ki, müharibədən sonra Ermənistanın eks-prezidenti Rusiyaya (Moskvaya) getmişdi, etiraf etmişdi ki, Azərbaycan döyüşlərdə daha üstün idi. O həmçinin qeyd etmişdi ki, biz bundan sonra üstün olmaq üçün süni intellektə diqqət yetirməliyik", - nazir müavini əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.