Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri dəyişdi - FƏRMAN

Baxış: 257

“Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli fərmanında dəyişiklik edilib. 
Sahibkartv.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 
Fərmana əsasən, Koordinasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı işləri Koordinasiya Şurasının Katibliyi həyata keçirir. Katibliyin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.
Dəyişikliyə qədər Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçirilirdi.
Bundan başqa, dəyişikliyə əsasən, Koordinasiya Şurasının sədri vəzifəsini nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri icra edəcək. Buna qədər bu vəzifəni iqtisadiyyat naziri icra edirdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.