Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident: Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək

Baxış: 108
Prezident: Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək


Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi bu regionu beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq baxımından mühüm strateji əhəmiyyətə malik məkana çevirib.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciətində deyib.

Prezident bildirib ki, Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrimizin genişlənməsinə, eyni zamanda, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək:

"İnanıram ki, Beynəlxalq Qafqaz Konqresi regionumuzun gələcək inkişaf perspektivlərinin, İpək Yolunun bərpası imkanlarının müzakirəsi üçün əhəmiyyətli platforma olacaq, bölgədə sülhün, sabitliyin, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə öz töhfəsini verəcəkdir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.