Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İmperiyaya qarşı yeni zərbə – Ermənilər Konstitusiyada əsas qaydanı dəyişir

Baxış: 54
İmperiyaya qarşı yeni zərbə – Ermənilər Konstitusiyada əsas qaydanı dəyişir


Ermənistanın yeni Konstitusiya layihəsində baş nazir vəzifəsinə namizədlərlə bağlı mühüm dəyişiklik nəzərdə tutulur.

Bu barədə Ermənistan parlamentinin vitse-spikeri Vaaqn Aleksanyan açıqlama verib.

Onun sözlərinə görə, yeni Konstitusiyaya əsasən, yalnız öz partiyasının seçki siyahısında yer almış və parlament deputatı seçilmiş şəxs baş nazir ola biləcək.

Aleksanyan bildirib ki, bu dəyişiklik kənardan gətirilən şəxslərin baş nazir vəzifəsinə seçilməsinin qarşısını alacaq.

“Artıq imperiyanın paytaxtından kimisə Ermənistana göndərib, ‘Get, baş nazir olmağa çalış’ deyə bilməyəcəklər”, – vitse-spiker vurğulayıb.

O, həmçinin Ermənistanın siyasi meydanının dərinliklərindən naməlum şəxslərin çıxarılaraq baş nazirliyə namizəd göstərilməsi praktikasına son qoyulacağını bildirib.

Aleksanyanın sözlərinə görə, hazırkı Konstitusiya parlamentdə çoxluq qazanan siyasi qüvvəyə seçicilərin ümumiyyətlə tanımadığı, adını belə eşitmədiyi şəxsi baş nazir seçmək imkanı verir.

Yeni Konstitusiya layihəsində nəzərdə tutulan dəyişiklik isə baş nazir postuna yalnız seçkilərdə iştirak edərək deputat mandatı qazanmış şəxslərin namizədliyinə imkan yaradacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.