Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Komitə sədri ABŞ, Rusiya və İran liderlərini Şuşaya dəvət etdi

Baxış: 316
Azərbaycan və Türkiyənin hərbi ittifaqı başqa ərazilərə hücum planı deyil. Şuşa Bəyannaməsində 100 illik Qars müqaviləsinə istinad edilməsi Şuşanı Qafqazın sülh mərkəzinə çevirir. 
Sahibkartv.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. 
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk xarici dövlət başçısı kimi Şuşaya səfər edib. 
Zahid Oruc İranın yeni seçilən prezidenti İbrahim Rəisini, ABŞ Prezidenti Cozef Baydeni və Rusiya lideri Vladimir Putini də Şuşaya gəlməyə çağırıb. 
“Onlar gəlib Şuşada ölkə rəhbərinin ziyarətində ola bilərlər. Onlara da yol açıqdır. Bizim tarixi qələbəmiz yalnız Azərbaycana və Türkiyəyə deyil, ədalətin tərəfində olan hamıya məxsusdur”,-deyə o əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.