Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceyhun Bayramov Ermənistana səsləndi: “Münasibətlər qarşılıqlı olmalıdır”

Baxış: 325
“Cənubi Qafqazdakı cari vəziyyət yeni imkanlar, yeni təhlükəsizlik paradiqması yaradıb”.
Sahibkartv.Az-ın məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda keçirilən müzakirələrdə deyib.
O bildirib ki, regionda sülh və təhlükəsizlik hərtərəfli əməkdaşlıq platformasından asılıdır.
Nazir qeyd edib ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün praqmatik addımlar atıb.
C.Bayramov Bakının humanitar addımlarına diqqət çəkərək Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycan ərazisindən keçdiyini də xatırladıb.
Nazir onu da xatırladıb ki, Azərbaycan üzərindən Ermənistana Rusiya qazı ixrac olunub.
“Biz münasibətlərin normallaşmasından danışırıq, çünki artıq işğal faktı yoxdur. Biz təkliflərimizi veririk, lakin bu, qarşılıqlı olmalıdır”,-deyə C.Bayramov əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.