Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan elan etdi - "Ailəlikcə Şuşaya gedirik"

Baxış: 365
“Brüssel səfərindən sonra Bakıya gedərək, İlham Əliyev qardaşımın qonağı olacam. Oradan isə Şuşaya gedəcəm. İşğaldan azad edilən Azərbaycanşəhərlərindən biri olan Şuşaya ailəlikcə gedərək, həm rəsmi görüşlər keçirəcəyik həm də müxtəlif ziyarətlər həyata keçirəcəyik”
Sahibkartv.Az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, dost və qardaş Azərbaycanın işğal altındakı torpaqlarının Türkiyənin də dəstəyi ilə azad edilməsiylə başda Ermənistan olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarını açmaq fürsətini verib.
“Ümid edirəm ki, bu fürsət boşa verilməz, bölgədə sülh və sabitliyin bərpa edilməsi üçün istifadə ediləcək” deyən Ərdoğan qeyd edib ki, Türkiyə tərəflər arasında dialoqun qurulması üçün səylərini gələcəkdə artırmağı planlaşdırır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.