Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Baxış: 126
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır


BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Dominikan Respublikasının xarici işlər naziri İto Bisono ilə görüşüb.
Nazirlər münasibətlərin inkişaf perspektivlərini müzakirə edib və iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi dialoqun institusionallaşmasının vacibliyini vurğulayıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin gücləndirilməsi perspektivlərini qeyd ediblər.

Görüşdən sonra nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında adi pasport sahibləri üçün viza tələbindən qarşılıqlı azad etmə haqqında Saziş”i imzalayıblar.

Bundan əlavə, tərəflər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Dominikan Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu”nu imzalayıblar. Bu yeni sazişlər institutsional çərçivənin genişləndirilməsinə və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.