Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zakir Həsənovla Elçin Quliyev generalın dəfnində - Fotolar

Baxış: 108
Zakir Həsənovla Elçin Quliyev generalın dəfnində - Fotolar


Ötən gün vəfat edən general-mayor Abbasəli Novruzov bu gün Hərbi Memorial Məzarlıqda dəfn edilib.

 AZƏRTAC xəbər verir ki, mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, DSX-nin və Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Mərasimdə tabutun büküldüyü üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim olunub.

Xatırladaq ki, A.Novruzov ötən gün səhər 89 yaşında dünyasını dəyişib. O, uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.