Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

Baxış: 135
Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi


Erməni hüquqşünas Liparit Drmeyan Azərbaycanın Qərbi Azərbaycan məsələsini artıq siyasi müstəviyə çıxardığını bildirib.

 Sputnik Ermənistanın məlumatına görə, beynəlxalq hüquq məsələləri üzrə nümayəndənin keçmiş ofisinin rəhbəri Liparit Drmeyan bildirib ki, Azərbaycanın bu istiqamətdəki cəhdləri Avropa İnsan Hüquqları Məhkəməsi və Haaqa Beynəlxalq Ədalət Məhkəməsinin qərarları ilə hüquqi baxımdan bağlanıb.

Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycanda son dövrlər bu mövzu ilə bağlı fəal təbliğat aparılır, müxtəlif forumlar keçirilir, "Qərbi Azərbaycan" məsələsi müzakirə olunur.

Drmeyan hesab edir ki, Bakı bu mövzunu artıq siyasi diskurs səviyyəsinə çıxarır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.