Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çavuşoğlu: “Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü planlaşdırılır” - VİDEO

Baxış: 303
Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli sammiti keçirilə bilər.
Sahibkartv.Az-ın məlumatına görə, bu barədə Türkmənistanda səfərdə olan Türkiyənin Xarici İşlər (XİN) naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdumuhammedov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəsinə dəvət edib. Bununla bağlı tarix müzakirə olunub və görüş iyun-iyul ayları üçün nəzərdə tutulub.
“Həmçinin həmin ziyarət zamanı Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü keçirilməsi planlaşdırılır. Bu sammitdə vacib sazişlər imzalanacaq. Dolayısı ilə münasibətlərimizin hüquqi bazasını daha da gücləndirəcəyik”, - deyə XİN rəhbəri əlavə edib.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.