Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan Türkiyə və Azərbaycan arasındakı vacib sazişləri təsdiqlədi

Baxış: 308
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” müqaviləni təsdiqləyib və saziş qüvvəyə minib.
Bununla bağlı “Resmi Gazete” məlumat yayıb.
Xatırladaq ki, 2020-ci ilin fevralın 25-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında" saziş imzalanıb.
Sözügedən razılaşma Azərbaycan və Türkiyənin enerji və mədən sənayesində həyata keçiriləcək ortaq layihələrin əsaslarını müəyyənləşdirir. Razılaşmaya əsasən, iki ölkə birlikdə enerji və mineral kəşfiyyat işləri aparacaq.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” saziş isə 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.