Hikmət Hacıyevlə Armen Qriqoryan görüşəcək- nələr müzakirə olunacaq?
Tarix: 4-12-2025, 12:39
/
Baxış: 324
Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Dohada görüşəcək. Bu barədə Ermənistanın Təhlükəsizlik Şurası məlumat yayıb. Məlumata görə, tərəflər “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsində iştirak edəcəklər.
Görüşdə hansı məsələlər müzakirə oluna bilər?
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov Musavat.com-a bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Dohada keçiriləcək görüş böyük maraq doğurur: “Çünki bir sıra məsələlər var ki, məhz bu formatda müzakirə edilməlidir. Əvvəlki dövrlərdə məhz cənab Hikmət Hacıyev və Armen Qriqoryan arasında keçirilmiş daha ali səviyyədə görüşlərə hazırlıq məqsədi daşıyırdı. Lakin Doha Forumu çərçivəsində keçiriləcək görüşdə hesab edirəm ki, avqust ayında Vaşinqtonda paraflanmış sülh müqaviləsinin imzalanması ilə texniki məsələlər müzakirə oluna bilər. Ona görə ki, sülh müqaviləsinin harada və nə zaman imzalanması da ciddi müzakirə mövzusudur. Ciddi təhlükəsizlik zəmanətləri olmalıdır və bütün bunlar qarşılıqlı fikir mübadiləsi ilə həyata keçiriləməlidir. Sərhədlərin delimitasiyası, demarkasiyası, sərhədlərin təhlükəsizliyi və bu kimi məsələlər də hazırda siyasi gündəlikdədir. Cənubi Qafqazda gedən proseslər, Ermənistan konstitusiyasının dəyişdirilməsi, gələn ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri kimi mühüm hadisələr həm də bu və ya digər formada dayanıqlı sülhə də təsir göstərir”.
Ekspert hesab edir ki, heç bir vasitəçi olmadan birbaşa dialoq vasitəsilə görüşlərin keçirilməsi həm də Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir: “Eyni zamanda TRİP marşrutunun işə başlaması, infrastruktur, logistika, kommunikasiya məsələlərinin həlli, Zəngəzur dəhlizinin açılması da siyasi gündəliyin ən mühüm prioritetlərindən biridir. Göründüyü kimi danışılası, müzakirə olunası mövzular çoxdur. Ümid edək ki, bu görüşün pozitiv nəticələri həm də tərəflər arasında substantiv və konstruktiv təmaslara güclü təkan verəcək”.
Digər xəbərlər
Xəbər lenti
22:11
19-01-2026
19-01-2026
21:48
19-01-2026
19-01-2026
21:07
19-01-2026
19-01-2026
20:43
19-01-2026
19-01-2026
19:44
19-01-2026
19-01-2026
19:34
19-01-2026
19-01-2026
19:14
19-01-2026
19-01-2026
18:51
19-01-2026
19-01-2026
16:53
19-01-2026
19-01-2026
16:23
19-01-2026
19-01-2026
16:01
19-01-2026
19-01-2026
16:00
19-01-2026
19-01-2026
15:00
19-01-2026
19-01-2026
13:29
19-01-2026
19-01-2026
13:26
19-01-2026
19-01-2026
13:03
19-01-2026
19-01-2026
Ən çox baxılanlar
Sahibkarlıq
“2026-cı ildə Əkinçilikdə Suvarma Səmərəliliyi ilə Gəlir Artımı”
19-01-2026 22:11
/
63
“2026: Balıqçılıqda Dəniz Məhsulunun Brendləşməsi və Sahibkarlıq”
19-01-2026 21:48
/
99
“Qışa Hazırlıqda Əkinçilik: 2026-cı ildə Sahibkarlıq üçün Yeni Planlar”
19-01-2026 21:18
/
63
“2026: Fermerlər üçün Yeni Logistika Modelləri və Ticarət”
19-01-2026 20:43
/
81
“Kənd Təsərrüfatında Kütləvi İstehsal: 2026-cı ildə Sahibkarlığın Yeni Yolu”
19-01-2026 20:33
/
135
“2026-cı ildə Heyvandarlıqda Yeni Qida Texnologiyaları və Sahibkarlıq”
19-01-2026 20:16
/
126






































