Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə Azərbaycanla kosmik sahədə əməkdaşlığa başlayacaq

Baxış: 236
Türkiyə Azərbaycanla kosmik sahədə əməkdaşlıq edəcək.
Bunu Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varank “Anadolu” agentliyinin “Editör Masası” proqramında açıqlayıb.
“Üç ölkə ilə müqavilə imzaladıq. Pakistan və Azərbaycanla da müqavilələrimiz hazırdır, imza atılma mərhələsindədir”, - deyə türkiyəli nazir bildirib.
Xatırladaq ki, dünən Ankara Milli Konqres və Mədəniyyət Mərkəzində Türkiyənin milli kosmik proqramının təqdimat mərasimi baş tutub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə yerli istehsal olan hibrid raketlə Aya eniş ediləcəyini bəyan edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.