Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Britaniyanın dövlət naziri Azərbaycana gəldi - FOTO

Baxış: 289
Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana səfərə gəlib.
Bununla bağlı o, “Twitter” hesabında məlumat verib. 
O, fikirlərini Azərbaycan dilində “Salam Bakı, Azərbaycan!” sözləri ilə başlayıb. 
V.Morton Azərbaycana ilk dəfə səfər etdiyini bildirib. 
“Azərbaycan Xarici İşlər Nazirliyi ilə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlıq əlaqələrini gücləndirməklə bağlı müzakirələr aparacağam”, - deyə britaniyalı nazir qeyd edib.


 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.