Day, Month 00, Year
00: 00: 00 AM
Səfir: “Azərbaycan Rusiyanın regionları ilə sıx əməkdaşlıq edir”

“Hesab edirəm ki, bugünkü forum iqtisadi əlaqələrimizin inkişafı üçün yaxşı platformaya çevriləcək. Ümid etmək istəyirəm ki, o, ənənəvi hal alacaq, yeni fürsətlər pəncərəsi yaradacaq və iqtisadi əlaqələrimiz xalqlarımızın rifahı naminə inkişaf edəcək”.
Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən “Azərbaycan-Rusiya: iqtisadi diplomatiya və tərəfdaşlıq strategiyası” adlı biznes forumda çıxışı zamanı deyib.
“Ölkələrimiz arasında sıx iqtisadi əlaqələr mövcuddur. “Şimal-Cənub” nəqliyyat dəhlizi fəal şəkildə işləyir. Keçən ilin sonunda Samur çayı üzərindən çoxdan gözlənilən və ölkələrin prezidentlərinin təşəbbüsü ilə inşa edilməsinə qərar verilmiş körpünün açılışı oldu. Ticarətin əsas mühərriki iş adamlarıdır, ticarət-sənaye palatalarımızdır, yalnız ölkələrimizin coğrafiyasının yox, həm də çox gözəl siyasi, iqtisadi və mədəni əlaqələrin diktə etdiyi qarşılıqlı maraqdır. Bu geniş qarşılıqlı fəaliyyətin əsas təşəbbüskarları, ilk növbədə, ölkələrimiz arasında mövcud olan əlaqələri daim diqqət mərkəzində saxlayan prezidentlərimiz - Vladimir Putin və İlham Əliyevdir”, - o bildirib.
“Hər il gah Azərbaycanda, gah da Rusiyada regional forumlar keçirilir. Azərbaycanın Rusiya Federasiyasının regionları ilə yaxşı əlaqələri var, sıx əməkdaşlıq mövcuddur. Subyektlər, təşkilatlar, fabriklər, iş adamları arasında birbaşa əlaqələrin yaradılması çox vacibdir. Bu cür forumlar da məhz belə imkanlar yaradır”, - səfir vurğulayıb.


Tarix: 10-12-2020, 09:41 Oxunub: 110


Bölməyə aid digər xəbərlər